Meşələrdən üzü bəri
Nə yürüyür bu yalquzaq?
Görən kimi deyib gəlir?
Səndən uzaq! Məndən uzaq!
Göyə üz tutub uluyur,
Ay qorxudan çıxa bilmir,
Ulduzlar diksinir göydə,
Gözlərinə baxa bilmir.
Hara qaçır? Kimdən qaçır,
Ayaq açan gündən qaçır.
Nə dini var, nə məzhəbi,
Hər məzhəbdən dindən qaçır.
Onu kim saxlar yolundan?
Yerin-göyün yiyəsidi.
Dəstəyi Allah əlində
Bir bıçağın tiyəsidi.
Nə yarı var, nə yoldaşı,
Görən-görən uzaq qaçır.
Dünyanın bəyi-bayquşu
Bir tənha yalquzaq qaçır.
...
..
Ramiz Rövşən
27 Mayıs 2010 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder